“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçəcək -“Qarabağ”ın oyununa görə
Sabah “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Olimpiakos”a qarşı keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək.
Sportfm.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Oxşar xəbərlər
Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək - "Qarabağ"a görə
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Azarkeşlərin NƏZƏRİNƏ!
Bakı metropoliteni iş rejimini dəyişdi - "Qarabağ"ın oyununa görə
Yunanlarla oyun Bakı metrosunu hərəkətə gətirdi - iş rejimi dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Litva- Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası















Misli Premyer Liqası