reklam
Azərbaycan çempionatında çıxış edəcək klublar bilindi
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında çıxış edəcək klublar bilindi


Basketbol üzrə Azərbaycan çempionatında iştirak edəcək klublar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışda 3-ü region təmsilçisi olmaqla, ümumilikdə 8 komanda mübarizə aparacaq.

Bunlar “AAAF Xırdalan BK”, “Gəncə BK”, “NTD BK”, “Neftçi İK”, “Olimpik Şəki BK”, “Sərhədçi PİK”, “Sabah Bakı BK”, “Zirvə Astara BK”dır.

Ötən çempionatla müqayisədə yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutmuş komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.

Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatının oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

1 oktyabr tarixində əsas çempionata hazırlıq məqsədi daşıyan mini turnir keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Oxşar xəbərlər

Çempionatın liderini büdrətdilər - Ölkə çempionatı
Azərbaycan kubokunda qrupların tərkibi
“Sərhədçi” zirvəyə şərik oldu - Basketbol Liqası
Xırdalan təmsilçisi qalib gəldi - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər