reklam
“Qarabağ Futbol Klubu”nun təsisçisi dəyişdi
Sportfm.az xəbər saytı

“Qarabağ Futbol Klubu”nun təsisçisi dəyişdi


“Qarabağ Futbol Klubu” MMC təsisçinin dəyişdiyini bəyan edib.

Sportfm.az xəbər verir ki, klub bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilr ki, oktyabrın 13-də, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 94 ünvanında (“Azərsun Holdinq” MMC-yə məxsus ünvandır) “Qarabağ Futbol Klubu”nun iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda təsisçi dəyişikliyi ilə bağlı klubun nizamnaməsinə dəyişikliklərin edilməsi – nizamnaməsinin 6-cı redaksiyada təsdiq edilməsi, dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər müzakirə olunacaq.

Bununla belə, elanda klubun yeni təsisçisi barədə məlumat verilməyib.

“Qarabağ Futbol Klubu” kommersiya qurumu kimi 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,616 milyon manatdır.

Oxşar xəbərlər

“Zirə”nin oyunçusuna qadağa - Azərbaycandan çıxa bilməyəcək
"Şamaxı"da yeni rəhbər - RƏSMİ
“Neftçi” ötən ili mənfəətlə başa vurdu
AFFA-da yeni vəzifə yaradıldı
Azərbaycan Əlil Velosipedçilər Klubu yaradıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər