Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Herta"nın futbolçusu xərçəng xəstəliyinə yoluxdu
Almaniyanın "Herta" klubunun futbolçusu Jan-Pol Boetyus xərçəng xəstəliyinə yoluxub.
Sportfm.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı niderlandı yarımmüdafiəçinin qasıq nahiyəsində xərçəng aşkarlanıb. Berlin klubunun yaydığı açıqlamada qeyd olunub ki, futbolçu bir müddət komandadan uzaq qalacaq və əməliyyat olunacaq.
Qeyd edək ki, Jan-Pol Boetyus "Herta"ya mövsümün əvvəlində "Maynts"dan transfer olunub. O, komandanın heyətində 6 matçda meydana çıxıb.
Xatırladaq ki, bir müddət əvvəl "Borussiya"nın hücumçusu Sebastian Hallerdə də xərçəng aşkarlanıb. Hazırda onun müalicəsi davam edir.
Oxşar xəbərlər
Bundesliqa klubunda yeni baş məşqçi - 2 illik müqavilə
Virus italyanlardan əl çəkmir - Yeni yoluxma faktları
Türkiyə millisinin futbolçusu karantində - Koronavirusa görə
İtaliya klubunun futbolçusu virusa yoluxdu
"Neftçi"nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası