reklam
“Trabzonspor”un hücumçusu “Qarabağ”la anlaşdı -
Sportfm.az xəbər saytı

“Trabzonspor”un hücumçusu “Qarabağ”la anlaşdı -Özü açıqladı


“Qarabağ” klubu “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta  ilə anlaşıb.

Sportfm.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”. (Qafqazinfo)

Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də icarə əsasında oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. İki il burada oynadıqdan sonra İngiltərə “Blekbern”inə transfer olunub. 

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyunda 27 qol vurub. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 17 oyunda 14 qol vurmağı bacarıb.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. “Köhlən atlar” sentyabrın 8-də səfərdə Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq.  

Oxşar xəbərlər

"Qarabağ" "Trabzonspor"un hücumçusuna elçi düşdü - İDDİA
"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə müqavilə bağladı
Filip Ozobiç "Qarabağ"da! - RƏSMİ
Norveç yığmasının üzvü "Qarabağ"da
Ramil Şeydayev "Qarabağ"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər