Norveç yığmasının üzvü "Qarabağ"da
“Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddini transferini edib.
Sportfm.az xəbər verir ki, komanda Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb. Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.
Oxşar xəbərlər
"Ştutqart"ın futbolçusu rəsmən "Qarabağ"da - FOTO
Filip Ozobiç "Qarabağ"da! - RƏSMİ
Daha bir legioner "Qarabağ"dan ayrıldı
“Qarabağ”ın futbolçusu İsveç klubunda!
Ramil Şeydayev "Qarabağ"da - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ















Misli Premyer Liqası