reklam
Kamerun yığması Bakıya gəlir
Sportfm.az xəbər saytı

Kamerun yığması Bakıya gəlir


Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına qatılacaq ölkələrin adları məlum olub.

Sportfm.az xəbər verir ki, mayın 12-22-də təşkil olunacaq yarışda 3 qitə təmsilçisi mübarizə aparacaq.

Avropanı Azərbaycan və Türkiyə təmsil edəcəyi halda, Afrikadan Mərakeş, Kamerun və Əlcəzair, Asiyadan isə Səudiyyə Ərəbistanı, Oman və Fələstin ölkəmizə təşrif buyuracaq.

Komandalar 2 qrupda mübarizə aparacaqlar. Hər qrupda 4 yığma yer alacaq. İlk iki yeri tutanlar yarımfinala vəsiqə əldə edəcəklər. Ümumilikdə isə turnir 16 matçdan ibarət olacaq. Oyunlar "Bayıl Arena", "Dalğa Arena", Tofiq Bəhramov adına Respublika Stadionu və "AZAL Arena"da baş tutacaq. Yarımfinal və final qarşılaşmalarının Respublika stadionunda keçirilməsi planlaşdırılır.

Bakı-2017-nin idman üzrə direktoru Mark Haniban bildirib ki, Azərbaycan hər zaman futbola böyük maraq göstərib: "Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da futbol oyunu azarkeşlərin diqqətində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər”.

Qeyd edək ki, futbol yarışları mayın 8-də başlayacaq və qalibin adına həmin ayın 21-də aydınlıq gələcək. İslamiadada 23 yaşadək oyunçular mübarizə aparacaq. Bizim komandanı Yaşar Vahabzadə meydana çıxaracaq.

Oxşar xəbərlər

Bakı-2017: Voleybol yarışlarına start verilir - OYUN CƏDVƏLİ
Yığmamız Kamerunla bərabərə qaldı
Bakı-2017: Mərakeş qalib gəldi
İslam Oyunları start götürdü - Yığmamız Kamerunla üz-üzə
Yaşar Vahabzadə Azərbaycan yığmasının baş məşqçisi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər