reklam
Karateçilərimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Karateçilərimiz mübarizəyə başlayır -Premyer Liqada


Bu gün Bakıda Karate1 Premyer Liqa turniri start götürüb.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq.

Kişilərin kumite yarışında 60 kq çəki dərəcəsində Sultan Hüseynovla Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kq-da Fərid Ağayev tatamiyə çıxacaq.

Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq.

Bu gün həmçinin, qadınlar fərdi kata mübarizəsi də başlayıb. Azərbaycan həmin növdə təmsil olunmur.

Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb.

Oxşar xəbərlər

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı - 18 idmançı
Karateçilərimiz Qahirəyə yollandı Premyer Liqa turniri
Millinin heyəti açıqlandı - Avropa çempionatı
Karateçilərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar - Birillik fasilədən sonra
Karateçilərimiz Tokioda yarışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər