Mundiala 8 idmançı ilə
Bu həftə Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə ilin ən önəmli yarışları keçiriləcək.
Sportfm.az xəbər verir ki, sabah U-17, növbəti gün isə U-20 dünya çempionatı baş tutacaq.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 idmançı mundialda ölkəmizi təmsil edəcək. Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaq.
Sentyabrın 3-4-də isə Dünya Seriyasının final mərhələsi keçiriləcək. Başqa sözlə, çimərlik güləşində böyüklər arasında dünya çempionları müəyyənləşəcək. Həlledici yarışda Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.
Bu yarışlarda I-S kateqoriyalı Sədi Quliyev hakimlik edəcək.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi dünya çempionu oldu
Yığmamız dünya çempionu oldu - Uğur
Azərbaycanın komandası Avropa çempionu oldu - UĞUR
Güləşçilərimiz Fransada 3 medal QAZANDI
Çimərlik güləşində yeni mövsüm başlayır - Beynəlxalq turnir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası