reklam
Azərbaycanın komandası Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanın komandası Avropa çempionu oldu -UĞUR


Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Sportfm.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində təmsil edən 4 güləşçi maksimum nəticə göstərib.

Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionatında birinci yeri tutublar.

100 xal toplayan Azərbaycan komandası Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, sabah U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.

Oxşar xəbərlər

Yığmamız dünya çempionu oldu - Uğur
Mundiala 8 idmançı ilə
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Güləşçilərimizdən Avropa çempionatında böyük uğur - 2 qızıl, 1 gümüş və 1 bürünc
Yığmamız Avropa ikincisi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər