"Şah" atın qurbanı oldu -"Grand Chess Tour"da
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un 4-cü mərhələsində maraqlı hadisə ilə üzləşib.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster FİDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşi ilə blits qarşılaşmasında səhvə yol verib.
Məmmədyarov at fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb.
Qaydalara əsasən, “Şah” əlini ata qoyduğu üçün məhz həmin fiqurla daha düzgün gediş etməli olub. Lakin bu zaman rəqib əlavə iki dəqiqə vaxt əldə edib.
Qarşılaşma Yan Nepomnyaşinin qələbəsi ilə bitib.
Hazırda 10 xala malik Məmmədyarov ABŞ şahmatçısı Fabiano Karuana ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi isə ABŞ təmsilçisi Syun Ceffri ilə birlikdə hərəyə 14 xalla 4-5-ci yerləri bölüşür. 10 qrossmeysterin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov hindistanlıya məğlub oldu - Champions Chess Tour
Məmmədyarov “Grand Chess Tour”da iştirak edəcək
Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov məğlubiyyətlə başladı - Grand Chess Tour
Məmmədyarov “Grand Chess Tour”da çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası