PFL-də yeni departament yaradıldı -Texniki İdman Departamenti
Peşəkar Futbol Liqasında (PFL) Texniki-İdman şöbəsi ləğv olunub.
Sportfm.az xəbər verir ki, bu barədə qurum rəhbərliyi qərar qəbul edib.
Yeni yaradılan Texniki İdman Departamentinə Elgiz Abbasov direktor təyin olunub.
Qeyd edək ki, 2008-ci ildən futbol sahəsində çalışan E.Abbasov 2014-cü ildən PFL-də baş mütəxəssis, saytın redaktoru, baş redaktoru, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.
Qeyd edək ki, yeni yaradılmış departament PFL bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.
Oxşar xəbərlər
PFL prezidenti mötəbər toplantıda
İdman jurnalisti Olimpiya Kompleksinə direktor təyin olundu
PFL-də yeni təyinat oldu
PFL-də yeni kadr təyinatı
PFL-də dəyişiklik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Liqaların püşkü atılacaq - Tarix açıqlandı
-
"Turan" yaponiyalı oyunçu ilə gücləndi - RƏSMİ
-
“Qarabağ”dan ayrılan oyunçu Belçika klubunda
-
Azərbaycan klubunun baş məşqçisi 9 ildən sonra postunu tərk etdi
-
"Turan" Türkiyə klubu ilə bərabərə qaldı - Yoxlama görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası