reklam
AFFA Premyer Liqa klublarını cərimələdi -
Sportfm.az xəbər saytı

AFFA Premyer Liqa klublarını cərimələdi -QƏRAR


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının II və III turlarında baş vermiş hüquq pozuntuları ilə əlaqədar bəzi qərarlar qəbul olunub.

II turun “Qarabağ”la ev oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt”a 800 manat cərimə kəsilib.

Turun “Səbail” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğu üçün ev sahibi klub 1600 manat ziyana düşüb.

III turun “Neftçi” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Sabah" klubu 800 manat cərimələnib. Bu klub həm də meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat ödəməli olacaq.

Bu cərimə “Sumqayıt”la və "Qəbələ" ilə qarşılaşmalarda eyni hal baş verdiyi üçün müvafiq olaraq, "Zirə" və “Kəpəz"ə də kəsilib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqova isə hakimlərin işinə nümayişkaranə müdaxilə etdiyi üçün xəbərdarlıq olunub.

Oxşar xəbərlər

"Qarabağ"dan meydançaya kənar şəxslər daxil oldu və klub cərimələndi...
AFFA klublarımızı cərimələdi
AFFA bu klublarımızı cərimələdi
Rəşad Sadıqova xəbərdarlıq edildi - İntizam Komitəsinin qərarı
İntizam Komitəsi qərarları - AFFA açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər