Belaruslu dünya çempionu beynəlxalq turnirə buraxılmadı
Belarusdan olan bədii gimnast Alina Qornosko avqustun 27-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək "Gracia Cup" turnirinə buraxılmayıb.
Sportfm.az xəbər verir ki, bu barədə lentlə hərəkətlərdə 2021-ci il dünya çempionatının qalibi, çoxnövçülük üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özünün instaqram səhifəsində paylaşım edib.
O, iki gün davam edəcək turnirə qatıla bilməyəcəyi üçün azarkeşlərdən üzr istəyib: "Master-klassım ləğv olunacaq. Sizinlə görüşməyə hazırlaşırdım və bunu səbirsizliklə gözləyirdim. Bu, mənim günahım deyil. Ən yaxşısını arzulayaraq, bərpa prosesini və məşqləri davam etdirəcəyəm".
Qeyd edək ki, Macarıstan Gimnastika Federasiyası hər hansı qadağanın olmamasına rəğmən, Belarus milli komandasının "Gracia Cup" turnirində iştirakına icazə verməyib. Yarış 27-28 avqustda keçiriləcək.
Oxşar xəbərlər
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Azərbaycan çempionatına yekun vuruldu - SİYAHI
Bakıda podium məşqləri keçirildi - FOTO
Bakıdakı beynəlxalq turnirə yekun vuruldu - FOTO
Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası