"Sumqayıt"da yeni hücumçu -Transfer
"Sumqayıt" heyətinə yeni futbolçu cəlb edib.
Sportfm.az xəbər verir ki, "Çukariçki"ninin hücumçusu Almir Aganspahiç icarəyə götürülüb.
Bu barədə Serbiya klubunun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinalı hücumçu mövsümün sonuna qədər "Sumqayıt"da çıxış edəcək.
Aganspahiç ötən mövsümün ikinci yarısında “Novi Pazar”dan “Çukariçki”yə gəlib. O, bu müddətdə 14 oyun keçirib. Sarayevoda doğulan Almir “Olimpik”, “Sarayevo”, “Osijek”, “Raufoş”, “Mladost” klublarında da çıxış edib.
Xatırladaq ki, "Çukariçki" ötən mövsüm Konfrnas Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olub. Serbiya klubu evdə qolsuz heç-heçə edib və Sumqayıtda 2:0 hesbalı qələbə qazanaraq mərhələni adlayıb.
Oxşar xəbərlər
"Sumqayıt"da yeni oyunçu - TRANSFER
"Sumqayıt" "Çukariçki" ilə bərabərə qaldı - Konfrans Liqası
Klublarımızın potensial rəqibləri - Konfrans Liqası
“Sumqayıt” Türkiyədən qayıtdı - Serbiyaya gedir
"Sumqayıt"ın rəqibindən qələbə - 2:1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası