Klublarımızın potensial rəqibləri -Konfrans Liqası
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Azərbaycanı yeni turnirdə təmsil edəcək "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri məlum olub.
II raundda Rusiya "Soçi"si ilə qarşılaşacaq paytaxt təmsilçisi rəqibini məğlub edəcəyi halda, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Sumqayıt" "Çukariçki"ni (Serbiya) keçərsə, III raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq. "Qarabağ" isə İsrail "Aşdod"u ilə dueldən qalib ayrılacağı təqdirdə, AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi ilə görüşəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
"Soçi" (Rusiya) / "Keşlə" (Azərbaycan) cütünün qalibi - “Partizan” (Serbiya) / “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi
“Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) - “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi
AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi - “Qarabağ” (Azərbaycan) / “Aşdod” (İsrail) cütünün qalibi
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.
Oxşar xəbərlər
Klublarımızın potensial rəqibləri bilinəcək - Konfrans Liqası
"Qarabağ" mərhələni səfərdə keçdi - Konfrans Liqası
Klublarımızın potensial rəqibləri bəlli olacaq - Konfrans Liqası
"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri azaldı
"Qarabağ" "Ayaks"la qarşılaşa bilər...Ağdam klubunun potensial rəqibi məlum olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası