Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin oyununda qalmaqal:"Belə hadisələri görəndə adamda oynamaq istəyi qalmır"
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 13-cü turun görüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, turun mərkəzi matçında məğlubedilməz lider "Araz" EKOL klubunu 4:2 hesabı ilə məğlub edib. "Ceyhunspor" Şirvan təmsilçisi "Olimpik"ə heç bir şans verməyib 11:2. "Neftçi" və"Yasamal" arasında oynanan son görüş ilə qalmaqalla yadda qalıb. "Yasamal" FK-nın kapitanı Orxan Allahverdiyevin matçdan sonra saytımıza verdiyi açıqlamada belə şəraitdə oynamağın mümkünsüzlüyündən danışdı:
"Hesabda öndə idik, bunu görən rəqib komandanın rəhbərliyi hakimlərə, bizim klubun üzvlərinə təzyiq etməyə başladı, qalmaqal yaşandı. Sonda "Neftçi" həmin təzyiqin hesabına bizi məğlub etdi. Belə şəraitdə oynamaq olmaz axı. Biz gənc komandayıq, həvəslə oynayırıq, əziyyətimiz boşa gedir. Belə hadisələri görəndə adamda oynamaq istəyi qalmır".
Qeyd edək ki, matçda 2:0 hesabı ilə öndə olan "Yasamal" komandası, sonda 9:4 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan futzalının məğlubedilməz komandası mübarizəni dayandırdı!
Futzal üzrə ölkə kubokunda sensasion nəticələr!
"Neftçi" rəqibə boyun əydi, Şirvan təmsilçisi 32 top buraxdı
"Neftçi" liderlə bacara biləcəkmi?
"Neftçi" növbəti qələbəsini qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası