reklam
İslamiada:
Sportfm.az xəbər saytı

İslamiada:Azərbaycan neçəncidir?


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə çatıb.

 

Sportfm.az xəbər verir ki, Azərbaycana məxsus medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

 

Bununla da Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci yerdə qərarlaşıb. İlk 4 pillədə Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb.

 

İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib.

 

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Oxşar xəbərlər

Azərbaycan medalların sayını 68-ə yüksəltdi - İslamiada
Azərbaycan 58 medalla 4-cü pillədədir - İslamiada
Azərbaycan 4-cü pillədə - İslamiada
Medal sıralamasında 4-cü pilləyə yüksəldik - İslamiada
Azərbaycan 56 ölkə arasında beşinci pilləyə yüksəldi - İslamiada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər