reklam
Azərbaycan 4-cü pillədə -
Sportfm.az xəbər saytı

Azərbaycan 4-cü pillədə -İslamiada


Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın hesabındakı medalların sayı 43-ə yüksəlib.

Sportfm.az xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürüncdür.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.

Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Oxşar xəbərlər

Azərbaycan 89 medalla 4-cüdür - İslamiada
Azərbaycan medalların sayını 68-ə yüksəltdi - İslamiada
Azərbaycan 58 medalla 4-cü pillədədir - İslamiada
Medal sıralamasında 4-cü pilləyə yüksəldik - İslamiada
Azərbaycan 56 ölkə arasında beşinci pilləyə yüksəldi - İslamiada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər