reklam
Dünya çempionu polis tərəfindən öldürüldü -
Sportfm.az xəbər saytı

Dünya çempionu polis tərəfindən öldürüldü -Güllələnərək


Braziliya döyüş sənəti Ju Jitsu üzrə bütün dövrlərin ən uğurlu idmançılarından biri olan braziliyalı Leandro Lo San-Pauluda gecə klubunda başından güllələnib. 

Sportfm.az xəbər verir ki, ötən gün San Pauloda gecə klubuna gedən braziliyalı idmançı Leandro Lo səbəbi məlum olmayan mübahisədən sonra hərbi polis əməkdaşı Henrique Otavio Oliveira Velozo tərəfindən başından güllələnib.

Xəstəxanaya aparılan Leandro Lonu müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə onun polisi yıxdığı zaman baş verib. Hadisə şahidləri bildiriblər ki, Velozo Lo-nun masasından şüşə götürüb və döyüşçü polisi yıxıb.

İkisi arasında böyüyən davadan sonra polis məmurunun silahını çıxararaq Lo-nun alnından vurduğu öyrənilib.

Lo 2012-ci ildən bəri qara kəmər kimi 8 dəfə Dünya Çempionatını qazanaraq bütün zamanların ən uğurlu Braziliyalı Jiu-Citsu idmançılarından biri olub.

Bu ilin əvvəlində o, Kaliforniyada keçirilən daha bir Dünya Çempionatının qalibi oub.

Oxşar xəbərlər

MMA döyüşçüsü polislə atışmada həyatını itirdi
Dani Alveş saxlanıldı - Təcavüzdə ittiham olunur
İranda polis boksçunu güllələdi, körpəsinə bibər qazı sıxdı - Vəhşilik
Məhşur futbolçunun qardaşı güllələndi
12 yaşlı uşaq peşəkar boksçunu qətlə yetirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər