reklam
Bu idmançılara 20 min manat veriləcək -
Sportfm.az xəbər saytı

Bu idmançılara 20 min manat veriləcək -SƏRƏNCAM


Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Avesta xəbər verir ki, Sərəncamda deyilir:

“1. Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

1.1. birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;

1.2. üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

Oxşar xəbərlər

Paralimpiyaçılarımız mükafatlandırdı - Tokio-2020
Prezident İlham Əliyevdən idmançılara yeni mükafat - Sərəncam
Prezident idmançıları mükafatlandırdı - 50 mindən 10 minə qədər...
Prezident idmançıları mükafatlandırdı
İlham Əliyev idmançıları mükafatlandırdı: 1-ci yer 50 min...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər