reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Macarıstana yollanır -Çempionlar Liqası


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - avqustun 8-i Macarıstana yollanacaq.

Sportfm.az xəbər verir ki, komandanı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da başlayacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

“Qarabağ” sabah Fransaya yola düşür
“Qarabağ” Almaniyaya yola düşür
"Qarabağ" Çexiyaya yola düşdü - Cavab oyunu üçün
"Qarabağ" Macarıstana yollandı - FOTO
Ağdam klubu İsveçrəyə yollanır - Proqram bəllidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər