reklam
“Neftçi” millinin üzvünü heyətinə qatır
Sportfm.az xəbər saytı

“Neftçi” millinin üzvünü heyətinə qatır


“Neftçi” daha bir gürcü futbolçu transfer etməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, paytaxt klubu Gürcüstan milisinin də üzvü olan yarımmüdafiəçi Vato Arveladze ilə anlaşıb.

24 yaşlı futbolçu ilə artıq bütün məsələlərdə razılıq əldə olunub və o, müqavilə imzalamağa gəlir.

Vato Arveladzenin sonuncu iş yeri Türkiyənin “Fatih Karagümrük” komandası olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. Yarımmüdafiəçi daha öncə Türkiyədə “Kasımpaşa”da da çıxış edib. Futbolçu öz ölkəsində Tiflis “Lokomotiv”inin, Polşada isə “Korona”nın da formasını geyinib. Gürcüstan yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi, 1 qol da vurub.

“Neftçi” bu yay Gürcüstan yığmasının müdafiəçisi Solomon Kvirkveliyanı da heyətinə qatmışdı. Vato məşhur Şota və Arçil Arveladzelərin qardaşı Revazın oğludur.

Oxşar xəbərlər

Daha bir futbolçu "Hatayspor"u tərk etdi
İtaliyalı futbolçu Türkiyədən ayrıldı
Arveladze “Neftçi”də - RƏSMİ
“Neftçi”də daha bir futbolçu - Azərbaycana gələcək
Gürcüstan yığması Bakıya 20 futbolçu ilə gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər