reklam
Azərbaycanlı idmançı Ukrayna Ordusuna dəstək verdi
Sportfm.az xəbər saytı

Azərbaycanlı idmançı Ukrayna Ordusuna dəstək verdi


Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.

Sportfm.az xəbər verir ki, idmançı 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş X Ümumdünya Oyunlarında geyindiyi qırmızı və mavi şortlarına ilkin qiymət olaraq 500 qriven (23 manat) qiymət qoyub. Auksionun vaxtı avqustun 1-də başa çatacaq.

Artıq şortlar üçün 3 min qriven (139 manat) vermək istəyən alıcı var.

İdmançı açıqlamasında buradan əldə etdiyi məbləği Ukrayna Silahlı Qüvvələrində yer alan kikboksinq məşqçilərinə göndərmək istədiyini bildirib.

Qeyd edək ki, Ukrayna millisinin 63,5 kq çəki dərəcəsində bir nömrəsi sayılan Orfan Sənanzadə 2017-ci ildə keçirilmiş X Ümumdünya Oyunlarında qızıl, bu il ABŞ-ın Birminqem şəhərində baş tutmuş XI Ümumdünya Oyunlarında gümüş medal qazanıb.

 

Oxşar xəbərlər

Nuriyevin komandası Ukrayna ordusuna avtomobil bağışladı - 3 ədəd
“Yekaterinburq-2023”ə ayrılan vəsaitin ümumi məbləği artırıldı - 69,8 milyard olacaq
Ümumdünya Yay Universiadasına 80 milyarddan çox pul ayrıldı
Azərbaycan millisindən imtina edən idmançı: Çempion olduqdan sonra zəng vurmuşdular
İlham Əliyev idmançıları mükafatlandırdı: 1-ci yer 50 min...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər