reklam
Azərbaycan millisindən imtina edən idmançı:
Sportfm.az xəbər saytı

Azərbaycan millisindən imtina edən idmançı:Çempion olduqdan sonra zəng vurmuşdular


Bakıda keçirilən Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko yenə vətəndaşlığını dəyişib. 

Sportfm.az xəbər verir ki, o, Ukraynanın “1+1” telekanalında yayımlanan “Qroşi” verilişində bu barədə danışıb.  

Stepko bildirib ki, o, Rusiya çempionatında çıxış etmək üçün bu ölkənin vətəndaşlığını alıb: Gimnast öncə Azərbaycana necə gəlməsindən söz açıb:“2013-cü ildə Ukrayna federasiyası ilə fikir ayrılığına görə müqaviləmi yeniləməyib digər ölkələrlə danışıqlara başladım və Azərbaycana getdim. Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəl danışaq və məsələni yoluna qoyaq. Azərbaycanda məni müalicə etdilər, MRT-yə apardılar. Əməliyyat olundum. Şərait əla idi. Dərmanlar, sığorta kimi vacib detallara diqqət yetirdilər".

Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikasının digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib.

Oxşar xəbərlər

Rusiyanın Avropa çempionu vətəndaşlığını dəyişdi - Serbiyanı təmsil edəcək
Olimpiya çempionu diskvalifikasiya olundu - Səbəbi açıqlanmadı
Millimizin sabiq üzvü rəqib boksçuyla döyüşməkdən qorxdu
Azərbaycanı Dünya Kubokunda iki idmançı təmsil edəcək
Rio-2016: Oleq Stepko 22-ci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər