Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qadın güləşçilərimiz Ukraynada - FOTO
Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir.
SPortfm.az xəbər verir ki, qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Kiyevə yollanan yığmamız Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, ABŞ, İsrail və Litva güləşçiləri də təlim-məşq toplantısında iştirak edir.
Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovanın (69 kq) yer aldığı heyət fevralın 19-dan Kiyevdə toplanışdadır.
Təlim-məşq toplanışı martın 2-də başa çatacaq. Daha sonra yığma komandanın üzvləri 3-4 mart 2017-ci il tarixdə Kiyevdə keçiriləcək Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan 21-ci beynəlxalq turnirdə iştirak edəcək.
Oxşar xəbərlər
Güləşçilərimizin Kiyev toplanışı - VİDEO
Millimiz təlim-məşq toplanışına başladı - Ukraynada
Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO
Güləşçilərimiz hazırlıqlarını İstanbulda davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin