reklam
Gürcü futbolçu “Napoli”yə keçdi
Sportfm.az xəbər saytı

Gürcü futbolçu “Napoli”yə keçdi


Batumi “Dinamo”sunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Napoli”nin futbolçusu olub.

Sportfm.az xəbər verir ki, sövdələşmənin məbləği açıqlanmır. Lakin İtaliya mediasının məlumatına görə, bu məbləğin 10 milyon avro olması nəzərdə tutulurdu. Xviça yeni klubunda ildə təxminən 1 milyon avro alacaqdı.

Kvaratsxeliya 2021/2022 mövsümünə Kazan “Rubin”ində başlamışdı. Martın sonunda Rusiya klubu futbolçu ilə müqavilənin dayandırıldığını açıqlamışdı. Futbolçu bundan sonra Batumi “Dinamo”su ilə 2 illik müqavilə imzalamışdı.

Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.

Oxşar xəbərlər

"Napoli" Kvaratsxeliyaya qiymət qoydu - 100 milyondan çox
Madrid “Real”ı gürcü futbolçunu istəyir
Mahir Emreli 1.5 milyon avro - Sıralama
Kvaratsxeliya Gürcüstana qayıtdı - Ayrılıq
“Milan” danışıqlara başlayır - Xviça Kvaratsxeliya ilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər