reklam
Prezident Pikeyə dəstək oldu -
Sportfm.az xəbər saytı

Prezident Pikeyə dəstək oldu -"O, “Barselona”ya çox şey verib"


“Barselona”nın prezidenti Xuan Laporta komandanın müdafiəçisi Jerar Pikenin durumu haqda danışıb.

Sportfm.az xəbər verir ki, Laporta, futbolçunu tənqid etməməyə və çətin məqamda ona dəstək olmağa çağırıb:

“Pike çox əziyyət çəkən qeyri-adi bir insandır. Təsəvvür edirik ki, futbolçularda şöhrət, pul və istədikləri hər şey var. Ancaq onlar insanlar olaraq qalırlar və Jerar böyük insandır. Pike komandanın kapitanlarından biridir, o, klubda olduğu üçün çox şanslıdır. O, “Barselona”ya çox şey verib.

Azyaşlı uşaqların atası olan birinin belə vəziyyətə düşməsinə baxmayaraq, o, pərəstişkarlarının hər cür dəstəyinə və sevgisinə layiqdir. Onu hisslərdən məhrum, mənasız bir insan etməyə çalışan xəbərlərə qulaq asmayın”.

Daha əvvəl Pikenin “Barselona”dan ayrıla biləcəyi bildirilirdi.

Qeyd edək ki, Pike bir müddət əvvəl müğənni Şakiradan ayrılıb.

Oxşar xəbərlər

Pike yeni sevgilisi ilə – FOTO
Pike Şakiranı aldatdığı sevgilisindən ayrıldı
Pike "Barselona"nın prezidenti olmaq istəyir
Pike sabiq baş məşqçisinin oğlunu transfer etdi
Jerar Pike həbs edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər