reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin futbolçuları: "Xocalıya ədalət" - VİDEO


25 il öncə, 1992-ci il Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım həyata keçirmişdir. Xüsusi amansızlıqla həyata keçirilən soyqırım nəticəsində 2500 əhalisi olan Xocalı tamamilə dağıdılmış, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tamami ilə məhv edilmişdir. Bundan başqa, 487 nəfər yaralanmış, 1275 nəfər əsir alınmış, 150 Xocalı sakini isə itkin düşmüşdür.
 
Sportfm.az xəbər verir ki, "Zirə” klubu təkcə millətimiz üçün yox, bəşəriyyət üçün böyük faciə olan Xocalı soyqrımı ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı verir, günahkarların tezliklə cəzalandırılmasını diləyir.
 

Oxşar xəbərlər

Xocalı soyqırımından 32 il ötür
Xocalı soyqırımından 29 il ötür
Xocalı soyqırımından 27 il ötür
Xocalı soyqırımından 26 il ötür
Xocalı soyqrımından 25 il keçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər