Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” mövqeyini dəyişmədi, “Qəbələ” gerilədi -Reytinq
Avropanın top-klublarının iyun ayı üçün son reytinq siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, cədvəldə 450 ən güclü klub yer alıb. Avropanın ən güclüləri arasında Azərbaycan üç komanda ilə təmsil olunub. Son 9 ildə 8 dəfə Premyer Liqanın çempionu olan “Qarabağ” Azərbaycanın ən yaxşısıdır. “Köhlən atlar” 183 xala malikdir. “Qarabağ” 80-ci yerdəki mövqeyini qoruyub.
“Neftçi” 33 xalla 214-cü pillədə qalıb. Bu iki komandadan fərqli olaraq, “Qəbələ”nin mövqeyi dəyişib. 5 xala malik Qəbələ təmsilçisi 3 addım geriləyərək, 373-cü sırada yer alıb.
Siyahıya 2251 xala malik Madrid “Real”ı başçılıq edir.
Oxşar xəbərlər
"Qarabağ" mövqeyini qorudu
“Qarabağ”la “Neftçi” yerində saydı - “Qəbələ” irəlilədi
"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi
Azərbaycan klubu 2 pillə irəlilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası