reklam
“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi
Sportfm.az xəbər saytı

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi


Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb. 

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 526-cı komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə mövqeyini qoruyub.

368 xala malik “Keşlə” 717-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 1 pillə geriləyib. “Qəbələ” 255 xalla 747-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 774-cüsüdü. Bu komandalardan birincisi 1 pillə irəlilədiyi halda, digəri 1 rəqibini özündən irəli buraxıb. 

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”də dəyişiklik olmayıb. İspaniya “Real”ı yənə birincidi. Onlar 16378 xala malikdi. “Barselona” (İspaniya) 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14679 xalla üçüncüdü.(apasport.az)

Oxşar xəbərlər

"Qarabağ" mövqeyini qorudu
Millimizin baş məşqçisi dünya reytinqində yerini dəyişdi
458-ci olan Qurban Qurbanov
Azərbaycan klubu 2 pillə irəlilədi
“Qarabağ” dünya reytinqində daha 3 pillə irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər