Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”la “Neftçi” yerində saydı -“Qəbələ” irəlilədi
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Sportfm.az xəbər verir ki, 2022-ci ilin ilk siyahısında qitənin 435 komandası yer alıb.
Azərbaycanın üç klubu cədvələ daxil edilib. Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 214 xalla 84-cüdür.
30 xala malik “Neftçi” 243-cü yerdə qərarlaşıb. Ötən cədvəllə müqayisədə hər iki təmsilçimizin xalı və mövqeyi dəyişməyib.
“Qəbələ” isə bir addımlıq irəliləyişə nail olub. Elmar Baxşıyevin komandası 20 xalla Avropada 288-cidir.
Qeyd edək ki, siyahıya 2212 xalla “Real” başçılıq edir. İlk “üçlük”də yer alanlardan “Bavariya”nın 2020, “Barselona”nın 1938 xalı var.
Oxşar xəbərlər
"Qarabağ" mövqeyini qorudu
“Qarabağ” mövqeyini dəyişmədi, “Qəbələ” gerilədi - Reytinq
“Qarabağ” irəlilədi - Avropa reytinqi
"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
“Neftçi” “Qarabağ”ı qabaqladı - Onilliyin klubları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası