
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qəbələ"də braziliyalı hücumçu -Transfer
2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib. Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.
Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.
Oxşar xəbərlər
Kiyev "Dinamo"sunun yetirməsi "Qəbələ"də - TRANSFER
“Qəbələ” “Neftçi”nin hücumçusunu rənglərinə qatdı
"Qəbələ" yeni transferini açıqladı
"Qəbələ"də albaniyalı müdafiəçi - RƏSMİ
"Qəbələ" yeni transferini açıqladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin