reklam
Kiyev
Sportfm.az xəbər saytı

Kiyev "Dinamo"sunun yetirməsi "Qəbələ"də -TRANSFER


Transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Sportfm.az xəbər verir ki, qırmızı-qaralar" ukraynalı yarımmüdafiəçi Andrey Strijakı heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Strijak peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Qeyd edək ki, bu, "Qəbələ"nin yay transfer dövründə altıncı oyunçu keçididir. Klub bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu transfer edib.

Oxşar xəbərlər

“Qəbələ” “Neftçi”nin hücumçusunu rənglərinə qatdı
"Qəbələ" yeni transferini açıqladı
"Qəbələ"də braziliyalı hücumçu - Transfer
"Qəbələ"də albaniyalı müdafiəçi - RƏSMİ
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər