reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" yeni transferini açıqladı


Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022/2023 mövsümündən komandanın formasını geyinəcək. 25 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Abu-Akal peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatında 82 oyunda meydanda olub.

Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.

Oxşar xəbərlər

Kiyev "Dinamo"sunun yetirməsi "Qəbələ"də - TRANSFER
“Qəbələ” “Neftçi”nin hücumçusunu rənglərinə qatdı
"Qəbələ"də braziliyalı hücumçu - Transfer
"Qəbələ" ilk transferini reallaşdırdı - 1 illik müqavilə
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər