Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Essyen "Sabah"ı ziyarət etdi -FOTO
Əfsanəvi qanalı futbolçu, "Sabah"ın keçmiş oyunçusu Maykl Essyen Bakı klubunun akademiyasının qonağı olub.
Sportfm.az xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib. Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.




Oxşar xəbərlər
Qız futbolçular “Sabah”ın qonağı oldu - FOTOLAR
"Sabah"ın bombardiri azyaşlı futbolçularla görüşdü - VİDEO
Aleksey İsayevdən “Sabah”a sürpriz - VİDEO
Essyen Azərbaycanla vidalaşdı
Maykl Essyen sıradan çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası