reklam
Sportfm.az xəbər saytı

"Məşqçi kimi Badridən qat-qat təcrübəliyəm" - Qəhrəman Əliyev


Qəhrəman Əliyevlə yolları ayıran "Şəmkir" çox keçmədən baş məşçi postuna yeni təyinat həyata keçirdi. Söhbət birvaxtlar elə bu klubun formasını geymiş Badri Kvaratsxeliyadan gedir. Futbolçu kimi həm yğmamızda həm də "Şəmkir"də ən yaxşılardan olsa da məşqçi qismində hələ ki, uğura imza atmayıb. Halbuki sabiq çalışdırıcı Qəhrəman bəy hətta, Azərbaycan çempionu olub. 
 
Bu üzdən Əliyevin istefasını dərhal, heç klubda qalmaq təklifi irəli sürmədən qəbul etmək və əvəzində məşqçi kimi hələlik heç bir şeyə nail olmayan gürcünü gətirməyin komandaya nə verəcəyini zaman göstərəcək. 
 
Sport7.az saytı Qəhrəman bəyin reaksiyasını öyrənməyi lazım bilib. Görəsən o nə düşünür?
 
"Ciddi bir şey yoxdu. Komandanın qarşısına premyer-liqa məqsədi qoyulub. Hazırlığı normal keçirdik. "Rəvan"la oyuna futbolçularımdan 9-u qızdırma ilə çıxmışdı. Məğlubiyyətlə barışa bilmədim. "Rəvan"la çox sönük futbol oynadıq. Belədə istefa verməyin daha məsləhətli olduğunu düşündüm. Heç kim mənə təzyiq göstərmədi. Öz istəyimlə klubdan ayrıldım. Bəlkə də, qalsaydım toparlana bilərdik. Amma çox sönük futbol sərgilədik. Demirəm, "Rəvan" komanda deyil. Komanda qarşısına məqsəd qoyubsa güclü oynamalıdı. "Şahdağ"la oyunda gözəl, əzmkar komanda gördüm. Baxmayaraq ki, meydança pis idi. Yəni komandanın məqsədi varsa səfərdə xal götürməlidi. Turnir cədvəlinə baxsaq, səfərdə ən az xal toplayan "Şəmkir"di. İkinci dövrədə də eyni hal təkrarlandı. "Rəvan"a uduzmağımıza dözmədim.
 
"Şəmkir"də işləyəndə Badri Kvaratsxeliya mənim futbolçum olub. Futbolçu kimi onu Azərbaycana gəlmiş ən güclü legionberlərdən biri hesab edirəm. Məşqçi kimi "Standart"da, "Turan Tovuz"da çalışıb. Onun məşqçilik fəaliyyəti ilə bağlı nəsə deyə bilmərəm. Təcrübəsi var. Hər məşqçi hardasa başlamalıdı, sonra uğurlarının davamı gələr. Arzu edərdim ki, Badri elə "Şəmkir"də qalsın.
 
Biri var adamı komandadan qovalar və yerinə başqasın gətirərlər, o zaman nəsə demək olar. Amma mən özüm istefa vermişəm. Belədə kimsə gəlib işləməlidi. Onlar da Badrini məsləhət görüblərsə, qərarlarına hörmətlə yanaşıram. Badrini baş məşqçi mən təyin etməmişəm ki. Komandada işləmişəm, əziyyət çəkmişəm, bilirəm ki, yaxşıdı. Onlarda istək var, çalışsınlar, birləşsinlər komandanı premyer-liqaya çıxarsınlar. 
 
Əlbəttə, Badri futbolçum olubsa deməli, məşqçi kimi ondan qat-qat təcrübəliyəm. Amma öz istəyimlə çıxmışam və rəhbərlik də kimisə gətriməlidi ki, işləsin. Deyə bilmərəm axı mən ondan güclüyəm, niyə dəvət etmirsiz.
 
Mən də başqa komandada özümü sınayaram. İşsiz qalmaram. Faktiki işsiz də deyiləm. Klubdan ayrılandan bir neçə gün sonra Yaşar Seyidov məni "Bakı"ya dəvət etdi.  Məşqçi kimi vəzifəmi davam etdirirəm. Yəni, işimdən ayrı qalmamaq şərtilə kömək edirəm. O vaxt "Bakı"dan istefa verməyimə baxmayaraq 6 il bu klubda çalışmışam. Dəvət etdilər, sağ olsunlar. Komanda həvəskarlar liqasında çıxış edir. Çempionatın lideridi. Əlbəttə, çempion olmaq istəyirlər. Bilirsiz ki, çempion olacaqları təqdirdə Avropa miqyaslı yarışda iştirak edəcəklər. Gələcəkdə, hər şey qaydasına düşərsə, niyə də premyer-liqada oynamasınlar? Amma indidən bu haqda heç nə deyə bilmərəm".

Oxşar xəbərlər

Yığmamızın sabiq hücumçusu "Şəmkir"in baş məşqçisi oldu
Badri Kvaratsxeliya "Şəmkir"lə danışığa gəlir
"Şəmkir" baş məşqçisi ilə yollarını ayırdı
Millimizin sabiq üzvü “Zirə”də baş məşqçi oldu
Mehman Yunusov birinci divizion klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər