reklam
Milli komandadan çağırış:
Sportfm.az xəbər saytı

Milli komandadan çağırış:Silahlara nəzarəti gücləndirin


ABŞ-ın futbol üzrə milli komandası ölkə rəhbərliyini silaha nəzarəti gücləndirməyə çağırıb.

Sportfm.az xəbər verir ki, komanda ABŞ Konqresinə məktub göndərərək onlardan silahlara daha sərt nəzarət haqqında qanun qəbul etməyi xahiş edib.

Məktub Texasda baş verən kütləvi atışma fonunda yazılıb.

Bu yaxınlarda 18 yaşlı orta məktəb şagirdi Salvador Ramos Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində atışma törədib. Atışma zamanı 19 uşaq və 2 müəllim həlak olub. Hadisəni törədən şəxs polisin binaya hücumu zamanı güllələnib. Bu hadisələrdən 10 gün əvvəl başqa bir yeniyetmə Buffaloda supermarketdə 10 nəfəri güllələyib.

"Qanun Nümayəndələr Palatasından və Senatdan daha sərt silah qanunlarının tərəfdarı olan amerikalıların əksəriyyətini dəstəkləməyinizi xahiş edirik", - komandanın məktubunda deyilir.(fanat.az)

Oxşar xəbərlər

26 yaşlı xokkeyçi güllələndi - Rusiyada
Futbolçu atışma zamanı yaralandı - Yamaykada
ABŞ-da futbol matçı zamanı iki komanda arasında atışma oldu
"Ararat"ın qapıçısı güllələnərək qətlə yetirildi
Basketbolçu polislə atışmada öldürüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər