reklam
Veteran cüdoçumuzdan unikal nəticə
Sportfm.az xəbər saytı

Veteran cüdoçumuzdan unikal nəticə


Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Yunanıstanın Heraklion şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Sportfm.az xəbər verir ki, M7 yaş qrupu üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən usta idmançı ardıcıl olaraq Marsel Fuerst (İsveçrə) və Rade Krnjetanı (Xorvatiya) məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada ukraynalı Aleksandr Ranqayevi də yenən Rəcəbli 8-ci dəfə veteranlar arasında qitə çempionu olub.

Qeyd edək ki, F.Rəcəbli həmçinin 9 qat dünya çempionudur.

 

 

Oxşar xəbərlər

Usta cüdoçularımızdan 15 medal - Dünya çempionatı
Veteran idmançılarımızdan 7 medal
Cüdoçumuz doqquzuncu dəfə dünya çempionu oldu - FOTO
Veteran cüdoçumuz 8 qat dünya çempionu oldu
Cüdoçumuz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər