reklam
Şotlandiya - Ukrayna matçının mümkün vaxtı -
Sportfm.az xəbər saytı

Şotlandiya - Ukrayna matçının mümkün vaxtı -DÇ-2022


2022-ci il dünya çempionatının pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun mümkün vaxtı bəlli olub.

Sportfm.az xəbər verir ki, qarşılaşma mayın 31-i və ya iyunun 1-də oynanılacaq. UEFA hər iki tarixi milli assosiasiyalara təklif edib.

Avropa futbol qurumu bu cütün qalibi ilə Uels arasında Kardiffdə baş tutacaq matçın da vaxtını təyin edib. Görüş iyunun 5-nə nəzərdə tutulub.

Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Oxşar xəbərlər

Uels Ukraynasevərləri üzdü - DÇ-2022
Ukrayna millisi meydana çıxır - DÇ-2022
Şotlandiya - Ukrayna matçının vaxtı açıqlandı - DÇ-2022
Pley-off oyunlarının başlama saatları məlum oldu - DÇ-2022
Pley-off mərhələsinin püşkü atılacaq - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər