reklam
Cüdoçularımız İspaniyadan medallarla qayıtdılar
Sportfm.az xəbər saytı

Cüdoçularımız İspaniyadan medallarla qayıtdılar


İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokunda böyük uğura imza atmış cüdoçularımız artıq vətənə dönüblər.

Sportfm.az xəbər verir ki, mötəbər turnirdə 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanan və komanda hesabında birinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Avropa Çempionatının qəhrəmanları vətənə döndü - FOTO
Polşada tarix yazan millimiz Bakıya döndü - FOTO
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Mayamidə medallar qazanan cüdoçularımız Bakıya döndülər
İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər