reklam
Sportfm.az xəbər saytı

"Heç kim ora dönmək niyyətində deyil" -Lukas Rangel


“Sabah”da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukraynanın “Vorskla” klubuna qayıtmaq istəmir.

Sportfm.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlama verib.

Cari mövsümün sonunda Bakı klubu ilə sözləşməsi başa çatacaq forvard hələlik gələcəyi ilə bağlı qərar vermədiyini bildirib:

“Ukraynada oynamış həmkarlarımla çox danışıram. Heç kim ora dönmək niyyətində deyil. Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda özümü Avropadan kənarda görmürəm”.

Xatırladaq ki, Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkəni tərk edib.

Oxşar xəbərlər

Mahir Emreli ən zəif oyunçu seçildi
"Sabah" Ukrayna klubunun futbolçusunu geri göndərdi
"Sabah"ın legionerləri üçün əlamətdar oyun - Premyer Liqa
"Sabah"da braziliyalı hücumçu - TRANSFER
Kante gələcəyi ilə bağlı qərarını verdi - “Çelsi”də qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər