Azərbaycanlı məşçiyə daha bir mükafat
2022-ci il üçün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxs bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Onun sözlərinə görə, mükafat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova veriləcək: “Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov Marsel “Olimpik”i ilə oyunda möhtəşəm feyr-pley jesti etmişdi”.
Xatırladaq ki, Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin Fransanın “Olimpik” (Marsel) komandası ilə Bakıda keçirilmiş cavab görüşündə “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib. Qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oxşar xəbərlər
Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü
MOK Qurban Qurbanova mükafat veriləcək
Qurban Qurbanova feyr-pley mükafatı verildi - FOTO
Qurban Qurbanov və Elnurə Məmmədova mükafatlandırılacaq
Qurban Qurbanovdan möhtəşəm jest - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Futbolçularımız Çili ilə üz-üzə - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası