Millimiz İstanbulda 5-ci oldu - Beynəlxalq turnir
13-15 may tarixlərində İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku sayılan 7-ci “Turkish Open” beynəlxalq turnirində idmançılarımız uğurla çıxış edib.
Sportfm.az xəbər verir ki, kiksboksçularımız qardaş ölkədə 49 medal qazanıb.
Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən 5-ci ölkə olub.
Qeyd edək ki, ilk dəfə bu yarışda kikboksinqin “Point Fighting” növü üzrə yarışan millimiz altı bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında təmsil edəcək.
Onu da bildirək ki, kikboksinq millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Bu, 2-5 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kubokudur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |