reklam
Polşalılar qadın idmançılarımıza qarşı qonaqpərvər davranmadılar!
Sportfm.az xəbər saytı

Polşalılar qadın idmançılarımıza qarşı qonaqpərvər davranmadılar!


Voleybol üzrə Çempionlar Liqasında növbəti turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, A qrupunda yer alan Bakının "Telekom" klubu 5-ci tur çərçivəsində Polşanın "Çemik" klubunun qonağı olub.
 
Tərəflərin ilk görüşündə olduğu kimi səfər qarşılaşmasında da Zoran Qayiçin yetirmələri məğlubiyyətlə üzləşiblər. Baxmayaraq ki, oyun təmsilçisimiz üçün yaxşl başlayıb və ilk set "Telekom"un qələbəsi ilə başa çatıb. Lakin voleybolçularımızın bundan artığına gücləri çatmayıb. Növbəti hissələri öz xeyrinə başa vuran "Çemik" meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
 
Qeyd edək ki, "Telekom" bundan əvvəl keçirdiyi görüşlərin hamısında məğlub olub. Aktivində xalı olmayan komandamız qrupda sonuncu yerdədir.
 
Çempionlar Liqası
V tur
A qrupu
"Çemik" - "Telekom" 3:1 (21:25, 25:16, 25:13, 25:16) 

Oxşar xəbərlər

Təmsilçimiz "Fənərbaxça"ya qarşı
"Azəryol" və "Telekom" qələbə qazandı
"Telekom" qələbə qazandı
"Telekom"dan asan, "Azərreyl"dən çətin qələbə
Serbiya yığmasının voleybolçusu “Telekom”da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər