"Qəbələ"nin "Neftçi" ilə 60-cı dueli -Azərbaycan Premyer Liqası
Sabah Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək. “Qəbələ” turun ikinci günündə öz meydanında “Neftçi” ilə görüşəcək.
Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç iki komanda arasında yubiley–60-cı duel olacaq.
Rəqiblər indiyədək 59 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran futbolçular 87 qol buraxıb.
Bu görüş Premyer Liqa çərçivəsində 55-ci qarşılaşma olacaq. Əvvəlki 54 qarşılaşmada 16 qələbəsi olan komanda 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 82 top buraxıb.
“Qəbələ” “Neftçi” ilə 30-cu dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 29 matçda komanda 8 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.
Xatırladaq ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:45-də başlayacaq.
Oxşar xəbərlər
“Qəbələ” və “Zirə” arasında 33-cü duel
“Neftçi” ilə “Qəbələ”nin 62-ci dueli
"Qəbələ" və "Qarabağ"ın 61-ci dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ" - "Neftçi" - 56-cı duel
"Neftçi" - "Qəbələ": 55-ci oyun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə çempionatı yekunlaşdı
-
AFFA rəhbərliyi cənub bölgəsinə səfər etdi, Lənkəran stadionuna baş çəkmədi
-
12-ci turun hakim təyinatları məlum oldu - 2-ci liqa
-
Azərbaycanlı döyüşçünün növbəti rəqibi məlum oldu
-
"Karvan"a Məmmədov da "məlhəm" ola bilmir - uduzdular
-
Bakıda xanım idmançı həbs edildi - Quldurluq















Misli Premyer Liqası