reklam
Məmmədyarovun növbəti sınağı -
Sportfm.az xəbər saytı

Məmmədyarovun növbəti sınağı -Superbet Chess Classic


Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, “Şah” dairəvi sistemlə təşkil olunan yarışın üçüncü turunda qara fiqurlarla Maksim Vaşye-Laqravla (Fransa) üz-üzə gələcək.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci qarşılaşmasında Riçard Rapportla (Macarıstan) heç-heçə edib. O, hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.

Ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Oxşar xəbərlər

Məmmədyarov Domingeslə üz-üzə - Superbet Chess Classic
96-cı gedişdə sülh
Məmmədyarov Firuzcaya qarşı - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov məğlub oldu - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov fransalı ilə üz-üzə gələcək - Superbet Chess Classic

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər