reklam
Məmmədyarov Domingeslə üz-üzə -
Sportfm.az xəbər saytı

Məmmədyarov Domingeslə üz-üzə -Superbet Chess Classic


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək. O, ağ fiqurlarla oynayacaq.

Məmmədyarov 7-ci turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Daha əvvəlki qarşılaşmalarına gəlincə, o, 1-ci turda Uesli Soya (ABŞ), 5-ci turda Fabiano Karuanaya (ABŞ) uduzub, 2, 3, 4 və 6 turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 2 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.

Ötən il baş tutan “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Oxşar xəbərlər

Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq - Superbet Chess Classic
96-cı gedişdə sülh
Məmmədyarov Firuzcaya qarşı - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov məğlub oldu - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov fransalı ilə üz-üzə gələcək - Superbet Chess Classic

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər