

Möhtəşəm qələbə "Real"ı finala daşıdı -VİDEO
UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin "Mançester Siti" klubunu 3:1 hesabı ilə məğlub edən "Real Madrid" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.
İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar - 4:3.
Qeyd edək ki, "Real Madrid" finalda İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Bu gün final oyunu keçiriləcək - Çempionlar Liqası
Həftənin ən yaxşı oyunçusu - Çempionlar Liqası
Kərim Benzema yeni uğura imza atdı - Çempionlar Liqasında
Çempionlar Liqasının püşkü atılır - YENİLƏNİR
"Çelsi" "Real Madrid"ə qarşı - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı