Kərim Benzema yeni uğura imza atdı -Çempionlar Liqasında
“Real”ın futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Sportfm.az xəbər verir ki, 35 yaşlı fransalı hücumçu buna İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
Benzema bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. O, daha əvvəl İngiltərənin digər təmsilçisi “Çelsi”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etmişdi.
Benzema cari mövsümdə “Real”ın heyətində 41 oyunda 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
“Real”la “Mançester Siti” arasındakı cavab oyunu mayın 4-də keçiriləcək.
Oxşar xəbərlər
Kərim Benzema Messinin rekodunu təkrarladı
Həftənin ən yaxşı futbolçusu - Kərim Benzema
Benzema Messi və Ronaldunu təkrarladı - Het-trik etməklə
“Real”da Benzema şoku - "El-Klassiko"nu buraxacaq
Benzema Levandovskini geridə qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası